ABŞ konqresmenləri Qarabağa səfərdən imtina ediblər

0
688

 

ABŞ konqresinin nümayəndələr palatasının üzvləri, konqresmenlər Frenk Palon, Zeki Spir, Anna Eşun, Tulsi Qebrrd, Zim Sensenbrener və Delvid Valadeon sentyabrın 17-də Ermənistanda səfərdə olublar.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, konqresmenlərdən ikisi Spir və Eşunun erməni mənşəli olduğu bildirilib.

Konqresmenlərin ABŞ-a qayıtmasından sonra səfərlə yeni detallar ortaya çıxıb.
Məlum olub ki, konqresmenlərin Ermənistana səfəri o qədər də rahat keçməyib. Onlardan yalnız ikisi – F. Palon və Z. Qebrrd Azərbaycanın işğal altında olan DağlıqQarabağ bölgəsinə səfər edib.Nümayəndə heyətinin digər üzvləri isə Qarabağa qanunsuz səfərdən imtina ediblər. Qarabağa getmək istəməyənlər arasında erməni mənşəli konqresmenlər də var.

BIR CAVAB BURAXIN