ABŞ İsrailə Xorvatiyaya köhnə F-16 Barak qırıcı təyyarələri satmağa icazə vermədi

0
653

ABŞ İsrailə Xorvatiyaya köhnə F-16 Barak qırıcı təyyarələri satmağa icazə verməib.

Arazinfo.com-un nevvs.ru-ya istinadən verdiyi xəbərə görə, İsrail rəsmi şəkildə Xorvatiyaya F-16 Barak təyyarələrini sata bilməyəcəyini bəyan edib. Buna səbəb ABŞ-ın İsrailə köhnə, ancaq modernləşdirilmiş F-16-ları Xorvatiyaya satmağa icazə verməməsidir. İsrail hökuməti 500 milyon dollar dəyərində olan anlaşmanın pozulmasına görə Xorvatiyadan üzr istəyib. Məsələ ilə bağlı İsrail Müdafiə nazirliyinin direktoru ehtiyatda olan general-mayor Udi Adam yanvarın 9-da Xorvatiyaya səfər edərək anlaşmanın yerinə yetirilməməsinin səbəbləri barədə onlara məlumat verəcək və eyni zamanda öz üzrxahlığını bildirəcək.