ABŞ Maliyyə nazirliyi tərəfindən İranın 20 bank və kompaniyasına qarşı sanksiya tətbiq edilib.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə nazirliyinin yaydığı pres-relizdə deyilir.
Sanksiyaya məruz qalanlar arasında bir neçə xarici kompaniya da var. Onların bəziləri İranda dağ-mədən sahəsində fəaliyyət göstərir.
ABŞ Maliyyə nazirliyi sanksiya tətbiq edilən bank və kompaniyaları İranın İslam İnqilabı Mühafizləri korpusuna tabe olan Basic könüllülərinə maliyyə yardımları göstərməkdə günahlandırıb.