ABŞ-ın Suriya ilə müharibə etmək niyyəti yoxdur, lakin İŞİD silahlılarına qarşı əməliyyatları davam etdirmək əzmindədir.
Bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
“Diplomatik səyləri tənqid etmək asandır, lakin buna alternativ nədir? ABŞ Suriya ilə müharibə edəcək? Düşünmürəm ki, bu baş verəcək. Biz İŞİD-lə mübarizə aparırıq və bu müharibədə qələbə çalacağıq”, – deyə Kerri “Washington Ideas” forumunda bildirib.
O qeyd edib ki, ABŞ-ın Suriyadakı vətəndaş müharibəsinə qarışmaq niyyəti yoxdur: “Bu Əsədlə müharibə etmək anlamına gələrdi”.