ABŞ hökuməti Pentaqondan izah istəyir-həm də yoxa çıxan əsgərlərlə bağlı

0
645

Əfqanıstan ordu və poilisində “xəyali əsgərlər” üçün maaş ödənilibABŞ hökuməti Əfqanıstan təhlükəsizlik orqanlarında olmayan qüvvə üçün ödənilən on minlərlə vəsaitlə bağlı Pentaqon qarşısında məsələ qaldırıb.

Əfqanıstanda bəzi dövlət orqanları üçün əmək haqqını beynəlxalq donorlar ödəyir.

ABŞ hökuməti 2002-ci ildən bəri Əfqanıstanda milli ordu və polis qüvvələri yaratmaq üçün 68 milyon dollardan çox pul buraxıb.

Əfqanıstanda bərpa işləri üzrə xüsusi general-müfəttiş John Sopko Pentaqona bu ilin avqust ayında göndərdiyi məktubunda qeyd edir ki, vəsaitin bir hissəsi Əfqanıstanın təhlükəsizlik qüvvələrində “xəyali əsgərlərin” sayəsində dələduzluq qurbanı ola bilər.

 

“Pul yerli məmurların cibinə gedir”

John Sopko Əfqanıstanın Helmand əyalətindəki məmurlarına istinadən mediada yayılmış məlumatı qeyd edərək yazır ki, həmin şəxs təhlükəsizlik qüvvələrində mövcud olmayan əsgərlərin adına yazılan əmək haqqları korrupsiyalaşmış yerli məmurların cibinə gedir.

John Sopko soruşur ki, ABŞ hökuməti “xəyali əsgərlərə” ödənilən bu vəsaitlə bağlı araşdırma aparıbmı?

Əfqan Milli Ordusunda və Əfqan Milli Polisində 320 min qüvvə olduğu güman edilir. Ancaq Əfqanıstan hakimiyyəti deyir ki, real rəqəmlər bundan çox azdır.

Ordu Talibana niyə uduzurmuş?

Helmand əyaləti kimi yerlərdə ötən il qoşunun azlığı Talibanın əfqan hökumət qüvvələrinə qarşı uğurlu əməliiyat həyata keçirməsində özünü biruzə verib.

ABŞ Dövlət Departamenti fırıldaqçılığa mane olmaq üçün sistem quraşdırıb və əfqan polis və hərbçilərinin kimliyi, yerləşdiyi mövqelərlə bağlı biometric məlumatlar toplayır.

Amma John Sopko hesab edir ki, belə sistem o vaxt effekt verər ki, əfqan qüvvələri barədə əldə dəqiq məlumatlar toplansın.

Brüsseldə 15 milyard yardım söhbəti

Sopko Pentaqona göndərdiyi məktubunu oktyabrın 7-də, Brüsseldə güc dövlətlərinin Əfqanıstana yardım bağlı keçirdiyi konfrasdan iki gün sonra ictimaiyyətə açıqlayıb. Həmin konfransda qərara alınıb ki, yaxın 4 ildə Əfqanıstana yardım üçün15 milyard dollar verilsin.

NATO dövlətləri Əfqanıstandan tələb edirlər ki, siyasi, iqtisadi və sosial islahatlar aparıb ona verilən xarici vəsaiti geri qaytarmağa çalışsın. Ölkədən həm də insan hüquqları ilə bağlı qanun pozuntularına son qoyulması, korrupsiyanın qarşısının alınması da tələb olunur.

“Əsgərlər yoxa çıxıb”

Bu yaxınlarda Pentaqon bildirib ki, ötən ilin yanvarından ABŞ-a hərbi təlimlərə gəlmiş onlarla hərbçi yoxa çıxıb. Onların Amerikada qeyri-qanuni miqrasiya yolu seçdiyi güman edilir.

Müdafiə Nazirliyi bildirib ki, 44 əfqan hərbçidən xəbər yoxdur.

Sentyabrın 1-də səkkiz əfqan hərbçisi hərbi bazanı icazəsiz tərk edib.

Adının açıqlanmasını istəməyən ABŞ müdafiə nazirliyinin əməkdaşı deyib ki, əfqan əsgərlər tez-tez yoxa çıxıblar və bu, ciddi narahatlıq yaradıb.

Pentaqon hesab edir ki, təlim-məşq proqramlarında iştirak etmək üçün “gücləndirilmiş üsulların” qəbulu lazımdır.

2007-ci ildən bəri ABŞ-da 2200-ə yaxın əfqan hərbçi təlim-məşq keçib.

ABŞ 2002-ci ildən bəri Əfqanıstanın təhlükləsizlik qüvvələrinin təchizatı və təlim-məşqlər üçün 60 milyard dollardan çox vəsait buraxıb.

ABŞ-ın Talibanı hakimiyyətdən uzaqlaşdırmasından 15 il sonra da Əfqanıstan dünyanın ən yoxsul və qeyri-stabil ölkəsindən biri kimi qalır.

BIR CAVAB BURAXIN