ABŞ hərbçiləri türk uşaqları pulla alır, sonra isə… – Şok

0
1333

Amerikalı əsgərlər İncirlikdə yaşayan uşaqları pul qarşılığında alıb, adlarını və dinlərini dəyişdirirlər. Arazinfo.com-in teleqraf.com-a istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumatlar İncirlikdə yaşayan vətəndaşlar tərəfindən açıqlanıb. Bildirilib ki, amerikalılar aldıqları azyaşlı uşaqları öz ölkələrinə aparırlar.

İncirlik sakinlərindən olan və 40 ildən çoxdur burada yaşayan Mahmud Açar məsələ ilə bağlı bunları deyib: “Amerikalı əsgərlərin uşaqları pul qarşılığında alması düzdür. Bir tanışım həm qızını, həm də oğlunu amerikalılara satdı. Elə bir baqqalda alış-veriş edirlər. Bir gün mənim həyat yoldaşıma 1 yaşlı qızımı pulla satmağı təklif etdilər. Ancaq mən icazə vermədim. İnsan öz balasını necə satar?! Dünyanı mənə versələr, uşağımı vermərəm”.

İncirlikdə taksi xidməti göstərən 65 yaşlı Əli Aslan da olayları təsdiqləyib: “Onlar araşdırırlar ki, kimin maddi durumu pisdi. Həmin ailələrə təklif edirlər”.

Adının açıqlanmasını istəməyən bölgə sakini isə 80-cı illərdə baş verən dəhşətli hadisəni anladıb: “O zaman kəndimizdə bir qız sevgilisindən hamilə qalmışdı. Abort etdirməyə gecikmişdi. Ona görə uşağı doğdu və amerikalılara satdı”.

BIR CAVAB BURAXIN