ABŞ prezidenti Donald Tramp Fələstinin İsraillə sülh danışıqların aparılmasında maraqlı olmadığını iddia edərək, hər il ona “yüz milyonlarla dollar” məbləğində vəsaitin ayrılmasına son qoyulacağını istisna etməyib
Arazinfo.com-un Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Twitter” hesabında yazıb.
“Biz Pakistana və bir çox digər ölkələrə əbəs yerə milyardlarla dollar ödəyirik. Məsələn, biz fələstinlilərə hər il yüzlərlə milyon dollar ödəyirik, amma əvəzində nə hörmət, nədə ki minnətdarlıq görürük”, – deyə Tramp qeyd edib.
“Fələstin İsraillə sülh sazişinə dair danışıqlar aparmaqdan imtina edir. Belədirsə, biz niyə onlara yüz milyonlarla dollar ödəməliyik?”,- deyə Tramp əlavə edib.