ABŞ Dövlət Departamenti Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Vaşinqtonun Suriyada döyüşən ekstremist qruplaşmaları dəstəklədiyinə dair bəyanatını gülünc adlandırıb.
Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, bu ittihamların arxasında heç bir sübutlar yoxdur.
Bundan əvvəl Türkiyə prezidenti bəyan etmişdi ki, onda ABŞ-ın və onun müttəfiqlərinin Suriyada ekstremist qruplaşmalara, o cümlədən İslam Dövləti adlandırılan təşkilata dəstək verdiyinə dair sübutlar var.
“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirdilər. İndi onlar özləri İŞİD, Xalq Özünümüdafiə Qüvvələri, “Demokratik İttifaq” kimi terrorçu qruplaşmalara kömək edirlər” – deyib Ankarada keçirilən mətbuat konfransında Erdoğan.
Onun adını çəkdiyiXalq Özünümüdafiə Qüvvələri və “Demokratik İttifaq” Suriya kürdlərinin təşkilatlarıdır.
Bloomberg xəbər verir ki, Erdoğan hazırda Türkiyə qoşunlarını Suriya sərhədinə yığıb və ABŞ-ın yeni prezidenti Donald Trump-ın Ağ Evə gələrək ona xeyir-dua verəcəyinə ümid edir.
Qərb mətbuatı yazır ki, Erdoğan Suriya kürdlərinə qarşı əməliyyat üçün Rusiyanın xeyir-duasını artıq alıb.