Suriyadan sonra İŞİD terrorçularının növbəti hədəfi İordaniya olacaq.
Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə ABŞ-da nəşr edilən National İnterest analitik jurnalında gedən yazıda deyilir. Jurnalın yazdığına görə, Suriyada müharibə başa çatandan sonra terrorçularla mübarizədə ABŞ-ın əsas müttəfiqi kimi çıxış edən İordaniyanın Haşimilər krallığını olduqca ciddi təhlükələr gözləyəcək. Buna səbəb kimi isə İŞİD-çilər arasında çoxlu sayda iordaniyalının döyüşməsi göstərilir. Son məlumatlara görə İŞİD sırasında döyüşən hər üç nəfərdən birini iordaniyalılar təşkil edir. Bundan əlavə İordaniyada 700 min nəfərə yaxın suriyalı qaçqının olması, həmçinin ölkədə ciddi şəkildə özünü göstərən işsizlik və yoxsulluq da adı çəkilən ölkədə hər an daxili sabitliyi poza biləcək təhlükəyə çevrilib.