ABŞ-da dələduzluq yolu saxta Amerika vizaları hazırlayan 3 nəfər erməniyə qarşı rəsmi ittiham irəli sürülüb. Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə onlar Ermənistan vətəndaşlarına saxta vizalar verməklə ABŞ-a gəlməsinə şərait yaradıblar.
Əslən Nyu-Yorkdan olan 47 yaşlı Stella Boyacyan, Qlendeylda yaşayan 30 yaşlı Qraçya Аtoyan və Ermənistan vətəndaşı 41 yaşlı Diana Qriqoryan 15 maddə üzrə ittiham olunurlar.
İittihama görə, təqsirləndirilən şəxslər dələduzluq sxemini hazırlayayaq, mədəni tədbirlərdə iştirak etmək bəhanəsi altında Ermənistan vətəndaşlarının ABŞ-a qanunsuz səfərlərini təşkil edibllər.
Big Apple Music Awards adlı qeyri-kommersiya təşkilatına rəhbərlik edın Boyacyan saxta sertifakatların verilməsi üçün Ermənistan vətəndaşlarından 15 min ABŞ dolları alıb. Saxta yolllarla ABŞ-a səfərə dəvət edilən ermənilərin bir çoxu sonradan geriyə qayıtmayaraq ABŞ-da qeyri-leqal şəkildə yaşamaqdadırlar.