ABŞ-da rekord sayda – 1 milyondan çox müsəlman noyabrın 8-də keçiriləcək prezident seçkilərində səs vermək üçün qeydiyyatdan keçib. Bu, çox sayda müsəlmanın yaşadığı ştatlarda müsəlman icmasını ciddi qüvvəyə çevirir.
“Bir milyon səs” kampaniyası
ABŞ Müsəlman Təşkilatları Şurası 24 müsəlman hüquq müdafiə təşkilatını birləşdirir. “Bir milyon səs” kampaniyasını hədəf seçən bu qurum məqsədinə çatdığını açıqlayıb. Beləliklə, ABŞ-da seçici qeydiyyatından keçən müsəlmanların sayı 2012-ci illə müqayisədə 2 dəfədən çox artıb.
Buna da bax: Amerikalı müsəlman prezidentliyə namizədlərə sual ünvanlayıb
“Biz bir milyon həddini keçdiyimizi düşünürük. Məscidlərdə, məktəb və icma tədbirlərində icmanı seçici qeydiyyatına səfərbər etmişik. Bu yolla bu il dəyişiklik etməyə nail olmuşuq”, – Şuranın baş katibi Oussama Jammal belə deyir.
Amerika İslam Münasibətləri Şurasının (CAIR) keçirdiyi sorğunun nəticəsinə görə, seçici qeydiyyatından keçmiş Amerika müsəlmanlarının 86 faizi bu il səs verməyi planlaşdırır. Jammal-ın sözlərinə görə, bu il müsəlmanların erkən səsvermə hallarının əvvəlki seçkilərlə müqayisədə artdığı qeydə alınıb.
“Trump-un kobudluğu icmanı canlandırdı”
“Bir milyon səs” kampaniyasına ötən ilin dekabrında, respublikaçı namizəd Donald Trump-ın müsəlman mühacirlərin ölkəyə buraxılmaması ilə bağlı məşhur çağırışından sonra start verilib.
Buna da bax: Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir
ABŞ müsəlmanlarının əsas hissəsi ərəblər və cənubi asiyalı mühacirlərdir. Onlar nadir hallarda vahid seçici blokunda birləşiblər. Müsəlman fəallar deyirlər ki, Trump-ın kobudluğu icmanı canlandıraraq, hərəkətə keçməyə sövq edib.
“Mən, adətən, namizədlərə təşəkkür etmirəm. Ancaq müsəlman icmasına heç görünməyən tərzdə enerji verdiyinə görə, Trump-a təşəkkür etmək istəyirəm. Müsəlman icması təbliğatın istisini və gücünü hiss edir, həm də səs verməyin vacibliyini anlayır”, – CAIR-in icraçı direktoru Nihad Awad-ın sözləridir.
“Pew” tədqiqat mərkəzinin hesablamalarına görə, ABŞ-da ölkə əhalisinin 1 faizi civarında – 3,3 milyonadək müsəlman yaşayır. Onlardan 1,5 milyonun səsvermə hüququ var.
Buna da bax: Konqresin ilk müsəlman üzvü yazır
“İmamlara təlimat verilmişdi ki…”
Müsəlman fəallar səsverməyə daha çox müsəlmanın qatılması üçün 2 min 500-dən çox məscidin, 500 məktəbin və çox sayda icma mərkəzinin önündə qeydiyyat köşkləri qoyublar. İlboyu davam edən bu kampaniya sentyabrda – Qurban Bayramı zamanı daha da canlanıb.
“İmamlara təlimat verilmişdi ki, səs verməyin önəmi barədə moizə oxuyun”, – Jammal “Amerikanın Səs”inə müsahibəsində belə deyib.
Amerika müsəlmanları 2000-ci il seçkilərində kütləvi surətdə George W. Bush-a səs veriblər. Müsəlmanlar arasında Floridada Respublikaçı namizədin qələbə qazanmasında bunun mühüm rol oynadığını deyənlər var.
Ancaq o vaxtdan müsəlman icması Demokratlar Partiyasına meyllənməyə başlayıb. 2003-cü ildə ABŞ ordusunun İraqı işğal etməsini, islamofobiyanın artmasını və bir çox siyasi qərarın respublikaçılarla assosiasiya olunmasınını buna səbəb saymaq mümkündür.
Buna da bax: ABŞ şirkətləri müsəlmanlara şərait yaradır
CAIR-in oktyabrda keçirdiyi rəy sorğusunun nəticələrinə görə…
Seçici qeydiyyatından keçmiş müsəlmanların 72 faizi demokratların namizədi Hillary Clinton-a səs verməyi düşünür. Rəyi soruşulanların cəmi 4 faizi Trump-a səs verəcəyini söyləyib.
“Bir milyon səs” kampaniyası bütün ölkəboyu keçirilsə də, başlıca diqqət çox sayda müsəlmanın yaşadığı “tərəddüd edən” ştatlara yönəlib. Bu ştatlarda müsəlmanların səsi yekun nəticəyə ciddi təsir göstərə bilər.
Müsəlmanların çoxu demokratların onsuz da üstün olduğu ştatlarda – Kaliforniya, Nyu York və Nyu Cersidə yaşayırlar.
Ancaq əsas döyüş meydanına çevrilən ştatlarda – Florida, Miçiqan, Ohayo, Pensilvaniya və Virciniyada da xeyli müsəlman əhali olsa da, onların elektoratdakı payı son dərəcə kiçikdir.
Qaynar mövzu
-
‘Türkiyəli jurnalistlər çıxanda, Qənirə Ataşova da çıxmalı idi’
Bakı Apelyasiya Məhkəməsi də ANS telekanalının yayımının dayandırılmasını haqlı sayıb.
-
‘Dollar 2 manatı keçəndən sonra 4 manata da çata bilər’
Günün bütün mövzuları
-
‘Türkiyəli jurnalistlər çıxanda, Qənirə Ataşova da çıxmalı idi’
-
‘Dollar 2 manatı keçəndən sonra 4 manata da çata bilər’
-
Məhşur romançının oğlu dələduzluqda ittiham olunur – ikinci dəfə…
-
‘Konvensiya-66’ya dair fikirlər haçalandı…
-
ABŞ-da rekord sayda müsəlman seçki siyahısına düşüb
-
ABŞ-da prezidenti necə seçirlər?
-
Velosiped zavodunda hələlik CV-lər qəbul olunur
-
2 gündə 3 intihar olayının baş verdiyi bildirilir
-
NASA-da çalışan azərbaycanlı:”Burda hamı ləng işləyir”
-
Xarici ulduzları Rusiyaya çəkən nədir?
-
Kinorejissor: ‘Yeni qanun layihəsinin müsbət tərəfləri çoxdur’
-
Prezidentin oğlu və nəvəsi ön cəbhədə döyüşür
-
Bakıda muzeylərə kimlər gedir?
-
Rəşad Sadıqov UEFA-nın ən yaxşı 11-də
-
Rusiyadan qayıdıb iş axtaran: ‘Əlindən nə gəlmirsə, onu təklif edirlər’
-
Trump deyir, prezident seçilsə, ABŞ daha ‘xarici ölkələrdə rejim devirməyəcək’
-
Italiyanin xarici işlər naziri gəlir
-
Rüfət Aslanlı: ‘Marjanı pozanlar cəzalanacaq’
-
Qafqazda “işğalçı” rus generallarının abidələri artır
-
Kadyrov ona inanmayanları döyüşə çağırır
-
Vahid Əhmədov: ‘Banklar əhaliyə yalvarmalıdır, əhali banklara yox’
-
‘Kreml ssenarisi’
-
Qubada 9 kəndin yolunda sürüşmə
-
Erməni mediası: “Əyil, ayaqqabımdan öp”
-
Mədrəsədə 20 ev hər an sürüşə bilər
-
Dollar bahalaşıb, rubl ucuzlaşıb
-
Vəkillərə təzyiq pislənir
-
AXCP fəalına inzibati cəza verildiyi deyilir
-
‘Mənim etirazım prezidentədir’
-
Cəbhə bölgəsindəki poliqonlarda təlimlər