ABŞ-da “Metyu” qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb. Bu barədə “Associated Press” məlumat verib.
Məlumata görə, Şimali Karolina ştatının qubernatoru Pet Makrori bildirib ki, su axınları ilə aparılmış avtomobildə 2 nəfərin meyiti tapılıb. Bu ştatda təbii fəlakətdən ölənlərin sayı 26 nəfərə çatıb.
Qeyd edək ki, “Metyu” qasırğası Atlantik okeanında 2007-ci ildən bu günə qeydə alınan ən güclü qasırğadır. Təbii fəlakət Haitidə 470 nəfərin ölümünə səbəb olub.