ABŞ-da kiberhücumlardan 11 saat sonra problem həll edilib

0
601

Dyn internet yayımı şirkətinin bildirdiyinə görə, ABŞ-da kiberhücumlardan 11 saat sonra problem həll edilib.ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cümə günü bir neçə populyar veb səhifələrinə çıxışı çətinləşdirən bütün mümkün səbəblərin araşdırıldığını bildirib.

ABŞ-ın qərb ştatlarında internet istifadəçiləri saytlara mürəciət edərkən çox ləng axtarışla üzləşib. Xidmət provayderi Dyn bildirir ki, buna hakerlər səbəb olub.Təşkilatın bəyanatında deyilir ki, sistem qlobal hücumlara məruz qalıb.

Twitter, SoundCloud, Spotify, Airbnb və Reddit kimi saytlar kiberhücumlara görə zəif çalışıb.Avropa istifadəçiləri də problemin təsirinə məruz qalıb.
Dyn problemlə cümə günü universal vaxtla 11:10-da üzləşildiyini bəyan edib (“Amerikanın səsi”).

BIR CAVAB BURAXIN