Ötən ayın 14-də ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində qətlə yetirilmiş həmvətənimiz Elçin Xəlilovun qətlində şübhəli bilinən qatil yaxalanıb.
Bu barədə mətbuata Şarlotta polisi məlumat verib.
Musavat.com-un www.wsoctv.com-a istinadla verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Tayron Lamark Miller adlı bu adam dünən Texas ştatının Dallas şəhərində həbs olunub.
Onun son beş ildə ABŞ-da yaşayan Elçin Xəlilovu işlətdiyi mağazada güllələdiyi məlum olub.

Cinayətin baş verdiyi ərəfəni göstərən videoda görünür ki, başlıqlı və hər qoluna “love” yazılmış gödəkçə geymiş Miller Şimali Şaron-Rouddakı “FixEr” elektronika mağazasına gedir.
Qeyd edək ki, Elçin Xəlilov Şarlottada mobil telefonların təmiri və satışı ilə məşğul olub. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. O, Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.
Turan Oruc,