ABŞ-da erməni katolikosu II Qareginə qarşı etiraz aksiyası keçirildi

0
684
 

Ermənilərin katolikosu II Qareginin ABŞ-a səfəri etiraza səbəb olub.

Azvision.az xəbər verir ki, Los-Ancelesdə bir qrup erməni müxalifətçi Qareginin kilsəyə gəlişi zamanı əllərində “Rejimə ölüm!”, “Biz “Sasna Tsrer”çilərik!”, “Siyasi məhbuslara azadlıq!” yazılmış plakatlarla etiraz aksiyası keçirib.

Etirazçılardan biri erməni din xadiminin kilsəyə gələcəyini əvvəlcədən bildiklərini və bu səbəbdən etiraz aksiyası təşkil etdiklərini bildirib.

Qeyd edək ki, bir həftə əvvəl Qareginə qarşı Almaniyada da etiraz aksiyası keçirilmişdi.

BIR CAVAB BURAXIN