ABŞ bu ölkəyə 15 milyardlıq silah satacaq

0
656

ABŞ bu ölkəyə 15 milyardlıq silah satacaq

ABŞ Xarici İşlər Nazirliyinin Səudiyyə Ərəbistanına 15 milyard dollar dəyərində THAAD raket əleyhinə müdafiə sistemi satılmasına razılıq verdiyi bildirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlıq Agentliyi silah satışında bağlı bəyanat yayıb.

Açıqlamada, Xarici İşlər Nazirliyinin THAAD raket əleyhinə müdafiə sistemi satışına razılıq verdiyi və mövzu ilə bağlı Konqresi məlumatlandırdığı qeyd olunub. Konqresin etiraz etməməsi halında sözugedən satışın reallaşmasına hər hansı bir maneə qalmayacaq.

BIR CAVAB BURAXIN