ABŞ-a BÖYÜK ZƏRBƏ – Moskva bu məlumatları açıqlayır

0
635

Rusiya özünün və Şimali Amerika Hava-Kosmik Müdafiəsi Komandanlığının (NORAD) dərc etmədiyi yerətrafı obyektlərin kataloqunu çıxartmağa hazırdır.

 

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu haqda BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitənin (COPUOS) 59-cu sessiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Viktor Meşkov bildirib.

 

NORAD-un kataloqunda kosmosa buraxılan 45 mindən çox obyekt haqqında informasiya var. Ancaq qurum özünün və müttəfiqləri olan Fransa, Almaniya, Yaponiya və İsrailin hərbi peykləri haqqında informasiyalara girişi bağlayır. NORAD-un kataloqunda hərbi təyinatlı Rusiya peykləri haqqında informasiya var. “İzvestiya” qeyd edir ki, indi  Rusiyanın ABŞ-a cavab vermək imkanı yaranıb.

 

COPUOS-un Vyanada iyunun 8-dən 17-dək keçirilən sessiyasında Rusiya nümayəndə heyətinin üzvü Viktor Şılin BMT-nin himayəsi altında kosmik obyektlər üzrə informasiya platformasının yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, bu sistem onları potensial olaraq təhlükəli hadisələr barədə məlumatlandıra bilərdi.

 

Çin Rusiyanın bu təşəbbüsünü dəstəkləyib. “İzvestiya” qeyd edir ki, ABŞ təklifə qarşı çıxıb. “Vaşinqton öz inhisarçılığını saxlamağa çalışır və bir sıra hərbi təyinatlı obyektlər üzrə informasiyanı vermək istəmir”.

 

Moskva bir neçə dəfə kosmik sahənin silahsızlaşdırılmasını təklif edib. Rusiya Xarici İşlər Nazirliyindən bildirirlər ki, kosmosda nüvə güclərinin yerləşdirilməsi qarşısıalınmaz qızğın silahlanmaya gətirib çıxara bilər. Keçən ilin sonunda Rusiya BMT Baş Assambleyasının müzakirəsinə müvafiq qətnamə layihəsini daxil edib. Lakin ABŞ sənədə qarşı çıxıb.

 

BIR CAVAB BURAXIN