Abramyan istefa verdi, “Qazprom” Ermənistana baş nazir təyin edir

0
641

Ermənistan baş naziri Ovik Abramyan gözlənildiyi kimi bu gün hökumətin iclasından sonra istefa verdiyini elan edib.

Abramyan deyib ki, Ermənistan cəmiyyətində qütbləşmə var və bu, daxili və xarici səbəblərdən irəli gəlir. Dövlət isə keçid iqtisadiyyatının doğurduğu problemlərlə üz-üzədir. Ona görə də bu vəzifələrin öhdəsindən yeni hökumət gəlməlidir.

Xatırladaq ki, Abramyanın yerinə namizəd kimi Rusiyanın “Qazprom” şirkətinin Ermənistandakı törəmə şirkəti “ArmRosqazprom”un direktoru, İrəvanın keçmiş meri Karen Karapetyan müəyyən edilib.

*   *   *11:01

Ermənistanda baş nazir Ovik Abramyanın və xarici işlər naziri Edvard Nalbəndyanın bu gün açıqlanması gözlənilən istefası ilə yanaşı müdafiə naziri Seyran Ohanyanın da vəzifəsini tərk edəcəyi haqda xəbərlər yayılıb.

Virtualaz.org xəbər verir ki, bu haqda “Qraparak” qəzeti yazıb. Qəzetin yazdığına görə hökumət üzvlərindən habelə səhiyyə naziri Armen Muradyan və kənd təsərrüfatı naziri Serqo Karapetyanın da istefası gözlənilir. Müdafiə naziri postuna isə polis rəisi Vladimir Qasparyanın təyin olunacağı haqda iddialar var.

Virtualaz.org

BIR CAVAB BURAXIN