AB Liviyaya ordu göndərə bilər – İtaliya

0
462

Avropa Birliyi Liviyaya hərbi kontingent göndərə bilər.

Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Cuzeppe Konte jurnalistlərə açıqlamasında deyib. O, göndəriləcək AB kontingentinin bu ölkədə sülhün qorunmasını dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Liviyaya hərbçilərini göndərib.