Azərbaycanlı Rusiyada arvadını və qızını öldürüb

0
625

Rusiyada azərbaycanlı tərəfindən daha bir vəhşi qətl hadisəsi törədilib.

Orsk şəhərində, Dobrovolsk küçəsindəki mənzillərdən birində ötən gün noyabrın 2-də axşam 35 yaşlı qadın və onun 4 yaşlı qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Cəsədləri ölənlərin qohumları aşkar ediblər. Hadisə yerinə əməliyyat-istintaq qrupu gedib, təcrübəli kriminalistlər hadisə yerində təhqiqata başlayıblar.Qətlin törədilməsində şübhəli 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğludur. O, həmin qadınla birgə yaşayırmış. Qatil cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. 

Orks şəhərinin daxil olduğu Orenburq vilayətti üzrə İstintaq İdarəsi bildirib ki, hazırda qatilin yerinin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Dəhşətli cinayətin motivləri bəlli deyil.

Hüquq-mühafizə orqanları şübhəlinin fotosunu da yayıb. Fotodan Qardaşovun əvvəllər də hansısa əmələ görə polisə düşdüyü məlum olur.

Xatırladaq ki, bu ilin aprelində bir qrup azərbaycanlı, o cümlədən Tacikistan vətəndaşı ev soyğunçuluq məqsədi ilə daxil olaraq Saratovda polis polkovnikini və daha 5 nəfər ailə üzvlərini balta ilə qətlə yetirib. Rusiyada geniş rezonans doğuran bu qətllə bağlı hazırda məhkəmə gedir.

Virtualaz.org

BIR CAVAB BURAXIN