“Erməni general Arkadi Ter-Tadevosyanın Ermənistanın Azərbaycanı 20 dəqiqəyə büsbütün məhv edə biləcəyi ilə bağlı iddiaları tamamilə ağılsızlıq və sərxoş adamın sayıqlamasıdır. Özünə hörmət edən hərbçi sübut-dəlil göstərmədən belə bəyanat verməz”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu sözləri virtualaz.org üçün erməni general-mayoru, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyanın “Yerkramas” qəzetinə verdiyi müsahibədəki sözlərini şərh edərkən deyib.
Erməni generalı yalan danışmaqda günahlandıran Ş.Ramaldanov deyib:
“Azərbaycan heç zaman Ermənistana hücumplanı qurmayıb. İşğal altında olan torpaqlarımızın azad edilməsi bizim tarixi hüququmuzdur. Biz qaçqınları, özü də bütün millətlərdən olan qaçqınları öz yurdlarına qaytarmaq istəyirik”.
Spartak Həsənov
virtualaz.org