Türkiyə son iki ildə 15 milyard dollar itirib

0
686

Türkiyə son iki ildə ölkəni ziyarət edən turistlərin sayının azalması səbəbindən 15 mlrd. ABŞ dolları itirib. 

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə məlumat “Turizmdatabank” turuzm statistikası şirkətinin araşdırmasına uyğun verilib. Araşdırmada qeyd edilib ki, son iki böhran ilində Türkiyə 9-9,5 mln. xarici turist itkisi ilə üzləşib. Bu da gəlirlərin 10 mlrd. dollar həcmində azalmasına səbəb olub.

Bundan başqa, xarici turistlərin Türkiyədə xərclədikləri vəsaitin orta həcmi də azalıb. Bu göstərici son iki il ərzində 15-25% azalma ilə 700-800$ təşkil edib. Xərclənən vəsaitin azalması da ümumi turizm gəlirlərinin 5 mlrd. dollar azalmasına səbəb olub.

Araşdırmaya görə, turist sayısında azalmanın 30%-ni Rusiyalı turistlər təşkil edib. Onların sayı son 2 ildə 83% azalaraq 3,3 mln.-dan 544 min nəfərə enib.

BIR CAVAB BURAXIN