İcra başçılarının səlahiyyətləri azaldı

0
574

 

İlham Əliyev

Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanına dəyişiklik edib.

Ölkə başçısının  imzaladığı fərmanla icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb.

Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunur.

Ölkə başçısı mart ayında Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalamışdı. Həmin sərəncam, nazirliyin bütün rayon şöbələrinin ləğv olunmasını, şöbələrin bazaları əsasında regional idarələrin yaradılmasını nəzərdə tuturdu.

BIR CAVAB BURAXIN