Ermənistanda Rusiyanı dost ölkə hesab edənlərin sayı azalır

0
643

11

Ermənistan vətəndaşları arasında Rusiyanı dost ölkə hesab edənlərin sayı kəskin – 17 faiz azalıb.

Bunu Avrasiya Inkişaf Bankının inteqrasiya araşdırmalar mərkəzinin keçirdiyi sorğu göstərir.

Halbuki mərkəzin ekspertləri bildirir ki, Ermənistanda Rusiyanı dost sayanlar əvvəlki illərdə digər MDB ölkələrinin hamısından yüksək idi.

Məsələn, 2015-ci ildə bu göstərici 86, 2014-cü ildə isə 87 faizə yaxın olub.

Ermənistanın strateji müttəfiqi və faktiki onun təhlükəsizliyinin qarantı olan Rusiyanın reytinqinin belə düşməsi iki şeylə izah olunur.

Birincisi, Ermənistan vətəndaşları bu ilin aprelində Dağlıq Qarabağda gedən 4 günlük döyüşlərdə Rusiyanın mövqeindən narazıdırlar.

İkinci səbəbsə Rusiyanın bu ölkəyə elektrik enerjisinin tariflərini qaldırmasıdır.

“Region” tətqiqatlar mərkəzinin rəhbəri Laura Baqdasaryan deyir ki, bu sorğunun məhz nə vaxt keçirildiyini başa düşə bilmir.

Laura Baghdasaryan

Laura Baghdasaryan

Onun fikrincə oktyabrın 21-də Yerevandakı hərbi paradda “İskander” raketlərinin nümayiş etdirilməsindən sonra Rusiya ilə münasibətlər yaxşılaşıb.

Bundan başqa Laura Baqdasaryan hesab edir ki, Yerevanla əyalətlərdə Rusiyaya münasibətlər müxtəlifir.

Onun sözlərinə görə rəyi soruşulan 1160 nəfərin 69 faizi Rusiyanı müttəfiq sayır.

Avrasiya inkişaf bankının inteqrasiya araşdırmalar mərkəzinin keçirdiyi sorğuya görə, Rusiyanı keçmiş sovet respublikaları arasında daha çox Qırğızıstanda sevirlər-89 faiz. Bundan sonra 82 faizlə Tacikistan, 82 faizlə Belarus,81 faizlə isə Qazaxıstan gəlir.

Amma baxmayaraq ki, rusiyalılar Tacikistanla Qırğızıstanı bir o qədər də dost ölkələr saymırlar.

Ermənistan isə dost ölkələr arasında 35 faizlə dördüncüdür, yalnız Belarus,Qazaxıstan və Çindən geridə qalır.

Amma bu da maraqlıdır ki, Ermənistan keçmiş sovet respublikaları arasında dostu olmayan ölkələr arasında birincidir.

Rəyi soruşulan sakinlərin 18 faizi hesab edir ki, Ermənistanın ümumiyyətlə dostu yoxdur.

“Reqion” araşdırmalar mərkəzinin rəhbəri Laura Baqdasaryan bu göstəriciləri şərh edərək deyir ki, aprel hadisələrini kluminasiya nöqtəsi hesab eləmək olar. Çünki insanlar başa düşdü ki, müharibə olanda heç bir ölkə Qarabağa görə Ermənistana köməyə gəlməyəcək.

BIR CAVAB BURAXIN