“Tez-tez bizi Azərbaycanla yaxın dostluğumuza görə qınayanlar olur”

0
665

“Bu gün İsraillə Azərbaycan arasında çox yaxşı, isti münasibətlər mövcuddur”.
APA-nın məlumatına görə, bu sözləri İsrail Knessetinin üzvü Konstantin Rozvozov İsraildə səfərdə olmuş bir qrup jurnalistə açıqlamasında deyib. O, Azərbaycanın tolerant ölkə olduğunu bildirib: “Azərbaycana ilk səfərim zamanı gördüm ki, burada dövlət tərəfindən sinaqoqlara maliyyə ayrılır. Bu, yəhudilərə münasibətin göstəricisidir. Biz bunu görürük və qiymətləndiririk. Bu, başqa ölkələr üçün nümunə ola bilər. Əməkdaşlıq üçün müzakirə edə biləcəyimiz çox sahələr var. Biz Azərbaycandan neft alırıq. Məlumdur ki, tez-tez bizi yaxın dostluğumuza görə qınayanlar olur. Lakin biz bunları qəbul etmirik. Azərbaycan bizim üçün vacib ölkədir. Neft və qazla yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq edə bilərik”.

İsrailli deputat Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq qan tökülməsinin əleyhinə olduğunu söyləyib: “Biz həmişə neytrallığı qorumağa çalışırıq. Bunu Ukrayna-Rusiya məsələsində də edirik. Parlamentarlar “erməni soyqırımı” barədə danışa bilər, amma bu məsələ hökumət səviyyəsində heç vaxt gündəlikdə olmayıb və olmayacaq. Qoy, bununla tarixçilər məşğul olsun. Azərbaycan bizim üçün dost ölkədir. Mən Xocalı ilə bağlı sərgidə olmuşam. Bu şəkillərə baxmaq çox acıdır”.

Deputat Türkiyə ilə münasibətlərə toxunaraq iki ölkə arasında əlaqələrin normallaşdığını bildirib: “Bu, lazımsız mübahisə idi və yaxşı ki, normallaşmağa doğru gedir. İsrail əhalisi Türkiyəyə getməyi xoşlayır”.

BIR CAVAB BURAXIN