Manukyan onmilyonları götürüb, İrəvana qaçdı

0
609

Kriminal aləmdə “Şakro Molodoy” ləqəbi ilə tanınan qanuni oğru Zaxari Kalaşovun xəzinədarı Konstantin Manukyan beynəlxalq axtarışa verilib.

 

Lent.az-ın məlumatına görə, Manukyanın Ermənistanda gizləndiyi ehtimal olunur,

Məlumata görə, Şakro Molodoyla Manukyan kriminal karyeralarını demək olar ki, eyni vaxtda, Tiflisdə başlayıblar. Manukyan ilk dəfə Gürcüstanda tanımış bir qanuni oğrunu qətlə yetirdiyinə görə həbs edilib.

 

Şakro ilə onların yolu da məhz həbsxanada kəsişib. Sonradan hər ikisi Ded Xasana (Aslan Usoyan) sədaqət andı içiblər.

Bəzi məlumatlara görə, son vaxtlaradək Rusiyada yaşayan Manukyan ölkədən özüylə bərabər kilolarla qızıl, onmilyonlarla dollar çıxarıb.

BIR CAVAB BURAXIN