62 yaşlı kişi amansızcasına döyüldü

0
603

Oğuzda 62 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, oktyabrın 22-i axşam saat 20 radələrində Oğuz rayonu Calut kənd sakini, 1954-cü il təvəllüdlü Məhərrəm Məhəmməd oğlu Abbasov döyülmə xəsarətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 62 yaşlı M. Abbasov döyülmə zamanı müxtəlif bədən xəsarətləri ilə bərabər sağ çənə sümüyünün çıxığı və sınığı xəsarəti də alıb. M. Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, hadisə rayonun Calut kəndi ərazisində baş verib. M. Abbasovla həmkəndlisi Fəzahir Həsənov arasında şəxsi münasibətlər zəminində dava olub. Nəticədə F. Həsənov M. Abbasovu döyərək ona müxtəlif bədən xəsarətləri yetirib.

BIR CAVAB BURAXIN