“Növbəti hədəf Əl-Babdır”- Ərdoğan

0
631

Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun növbəti hədəfi İŞİD terror təşkilatının Suriyada ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhəridir.

Bu sözləri akademik təhsil ilinin açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, tarixi baxımdan əhəmiyyətli Dabıkın azad edilməsindən sonra İŞİD terrorçuları Əl-Baba qaçır: “Türkiyənin cənubunda terror qurşağı yaradılmasına yol verilməyəcək. Bunu dost da, düşmən də bilməlidir. Əl-Bab İŞİD-dən təmizlənəcək. Daha sonra Münbic də PKK-nın Suriya qolu olan PYD-dən, onun silahlı qolu YPG-dən təmizlənəcək. ABŞ-a da dedik ki, Münbicdə PYD-YPG olmayacaq. Əgər Rakkada əməliyyat keçirək deyirlərsə, İŞİD oradan da təmizlənib gedər. İndi bu barədə müzakirələr aparılır. Hədəf Suriyanın şimalında, Türkiyənin cənubunda 5 min kvadratmetr təhlükəsizlik zolağının yaradılmasıdır”.

 

BIR CAVAB BURAXIN