ETİBAR PİRVERDİYEV İŞSİZ QALDI – Prezident “Azərenerji”nin səlahiyyətlərini aldı

0
761

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 554; 2012, № 6, maddə 571; 2013, № 11, maddə 1452; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2015, № 4, maddə 437) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5.8-ci və 2.3.3.1-ci yarımbəndlərin “İcraçı orqanlar” sütunundan “Azərenerji” ASC,” sözləri çıxarılsın və həmin sütunda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.

2. 2.3.3.3-cü yarımbənddə “Azərenerji” sözü “Azərişıq” sözü ilə əvəz edilsin”, – sərəncamda deyilir.

Beləliklə, prezidentin fərmanı ilə “Azərenerji” ASC-nin dövlət proqramlarında iştirakına da son verilib. Bununla, Etibar Pirverdiyevin ölkənin enerji təminatı sahəsində onsuz da azalmış səlahiyyətlərinin bir qismi də əlindən alınıb. Demək olar ki, işsiz buraxılıb. Yəqin, yaxın vaxtlarda “Azərenerji” ASC tam ləğv ediləcək.

BIR CAVAB BURAXIN