Sirri açılmayan yoxaçıxmalar (5)

0
772
O dövrdə ABŞ hərbi təyyarələri dəfələrlə yerə ötürdükləri məlumatlarda parlaq işıqsaçan diskvari aparatların onları təqib etdiyini, bəzən isə başlarının üzərindən asılıb dayandıqlarını, hər addımlarını izlədikləri barədə məlumatlar vermişdilər. Sanki bu qəribə diskvari aparatlar ABŞ hərbi təyyarəçiləri ilə siçan-pişik oyunu oynayırdılar. Əvvəlcə ABŞ hərbi hava qüvvələri komandanlığı bunu Almaniyanın gizli silahı və müəmmalı uçan aparatları olduğunu güman etdi. Lakin sonra bu aparatların onlara zərər vermədiklərini və yalnız hərəkətlərini izlədiklərini görəndən sonra onun hansısa naməlum planetdən gələn uçan aparatlar olduğu qənaətinə gəldilər. Yenə də qeyd edək ki, həmin dövrdə ABŞ hərbi təyyarələri Almaniyanın iri şəhər və kəndlərinə ara vermədən bomba zərbələri endirirdilər. Naməlum uçan obyektlər isə bunu yaxından izləməkdə davam edirdilər. Amma Uçan Naməlum Aparatların (UNO) ABŞ hərbi təyyaərlərini oğurladığı ehtimalları da ortaya çıxmışdı. Belə ki, təkcə 1945-ci il fevral ayının ilk 10 günündə ABŞ-a məxsus 8 hərbi təyyarə Almaniya səmasında izsiz-tozsuz yoxa çıxmışdı. Özü də bu təyyarələr döyüş tapşırıqlarını yerinə yetirən digər hərbi təyyarəçilərin gözləri önündə baş vermişdi. Yerdə olduğu kimi qəfil peyda olan sirli bir duman bu təyyarələri sanki udaraq bir andaca yoxa çıxardırdı. Almaniya hərbi təyyarələri dəfələrlə NUO-ların onları izlədiklərinin şahidi olmuşdular. O vaxt almanlar NUO-ların ABŞ-ın hansısa gizli silahı olduğu qənaətinə gəlmişdilər.

Alman hərbi təyyarələrindən də NUO-larn qurbanı olan təyyarələr olub və bununla bağlı Almaniyanın gizli arxivlərində çoxsaylı məlumatlar saxlanılır. Bu məlumatların hamısında parlaq işıq saçan aparatların alman təyyarələrinə yaxınlaşdıqları və onların bəzilərini dumana qərq edərək “udduqları” barədə şahid ifadələri yer alır. Alman hərbi təyyarələri həmin dövrdə işıqsaçan naməlum obyekti gördükdə dərhal istiqamətlərini dəyişərək onlardan qaçmağa çalşırdılar. Lakin əksər hallarda bu onlara nəsib olmurdu. Çünki bu naməlum obyektlər olduqca yüksək sürətlə hərəkət edir və bir andaca onları haqlayırdılar. Yeri gəlmişkən onu da deyək ki, I Dünya müharibəsi zamanı da buna oxşar hadisələr qeydə alınmışdı. Məsələn, I Dünya müharibəsi zamanı Almaniynın sualtı qayığı düşmənin “İberiya” gəmisini batırmaq üçün ona atəş açdı. Gəminın qalıqları havaya sovulduğu vaxt onun içindən çıxan odlu şar bir andaca sualtı qayığın üzərinə şığıdı. Bir andaca sualtı qayığın bütün texniki qurğuları sıradan çıxdı və hamı dəhşət içində şarla toqquşmanın baş verəcəyini gözlədilər. Lakin odlu şar son anda istiqamətini dəyişərək bir müddət sualtı qayığın ətrafında dövrə vurdu. Sualtı qayıqdakılar şoka düşərək nə edəcəklərini bilmir və hər an ölümlərini gözləyirdilər. Lakin odlu şar son anda nə isə fikirləşərək sualtı qayıqdan əl çəkərək ondan uzaqlaşdı. Yalnız bundan sona sualtı qayığın texniki avadanlıqları yenidən fəaliyyətini bərpa elədi. Bu hadisə barədə Almaniyanın gizli arxivlərində şahid ifadələri əsasında hazırlanan çoxsaylı məlumatlar saxlanılır.

Qeyd edək ki, okeanda gəmilərin müəmmalı şəkildə yoxa çıxması halları özünü göstərməkdə idi. Məsələn, 2003-cü ildə İndoneziyya məxsus Xay Em 6 gəmisi müəmmalı şəkildə yoxa çıxdı. Üstündən aylar ötəndən sonra gəmini tapmaq mümkün oldu. Gəmidə hər şey əl dəyilməmiş şəkildə qalmışdı. Ondakı 14 dənizçi isə yoxa çıxmışdı. 2006-cı ildə isə analoji hadisə “Yan Senq” tankeri ilə baş verdi. Amma yenə də gəmidə hər şey olduğu kimi öz qaydasında idi. Lakin bir nəfər də olsun gəmi heyəti yox idi. Belə güman edilir ki, heyət hansısa naməlum güclər -NUO-lar tərəfindən oğurlanıb. 2008-ci ilin yanvar ayında isə Rusiyanın “Kapitan Usakov” yükdaşıyan gəmisi Naxodkadan Honqonka yola düşdü. Lakin gəmi təyinat yerinə gedib çıxa bilmədi. Üsütndən bir ay sonra Yaponiya sahili mühafizə gücləri “Kapitan Usakov” gəmiisni aşkar edərək onun göyərtəsinə qalxdılar. Yenə də gəmidə hər şey öz qaydasında idi. Qiymətli yükə belə əl dəyilməmişdi. Lakin gəminin 17 nəfərlik heyəti yoxa çıxmışdı. Onları isə bu günə kimi aşkar etmək mümkün olmayıb.

Qara dəliklər ehtimalı

İnsanların, təyarrələrin və gəmilərin müəmmalı şəkildə yoxa çıxması tədqiqatçılar tərəfindən müxtəlif ehtimalların ortaya atılmasına səbəb olub. Belə bir fikir vurğulanır ki, insanların bir hissəsi naməlum uçan obyektlər tərəfindən oğurlanırsa, digər hissəsi bizə paralel dünyaya açılan hansısa sirli qapı, pəncərə və ya giriş tərəfindən udulur. Bəz tədqiqatçılar belə hesab edirlər ki, kaintada olduğu kimi yerdə də cazibə qüvvəsinə düşən istənilən obyektləri, canlıları və cansızları udan qara dəliklər mövcuddur. Amerikanın məşhur alimi və yazıçısı Ambroz Birs belə hesab edir ki, yer kürəsündə okean sularında olduğu kimi hansısa burulğan sahələr mövcuddur. Bu burulğan sahəyə düşən insanlar və digər obyektlər səssiz -səmirsiz yoxa çıxırlar. Bir yazır ki, belə boşluqda insanlar ölmür və eyni zamanda da həyatımızda olduğu kimi yaşamırlar. Onlar yalnız varlıq kimi qaldıqlarını hiss edirlər. Birs Yer kürəsində anomal zonaların mövcudluğunu da həmin burulğan sahəsini xatırladan boşluqlarla əlaqələndirir. Digər tanınmış tədqiqatçı Ayven Sanderson isə Yer kürəsində müxtəlif paralellər üzrə yerləşən 12 anomal zonanın olduğunu müəyyən edib. O bu anomal zonaları şeytan qəbristanlıqları adlandırıb. Sandersonun sözlərinə görə, anomal zonalar biri-birlərindən riyazi dəqiqliklə hesablanmaş və özü də bərabər məsafələrdə yerləşiblər. Sanderson bu anomal zonalarda elektrik burulğanlarının olduğunu iddia edir. Onun sözlərinə gör məhz bu elektrik burulğanları insanları və digər obyektləri belə demək mümkünsə paralel dünyaya daşıyır və onlar bir daha geri qayıda bilmirlər. Yer kürəsində geoaktiv və ya anomal zonalarla bağlı ehtimalların doğru ola biləcəyini rusiyalı tədqiqatçı Henrix Silanov da deyir: “Mən əminəm ki, anomal zonalardakı enerji burulğanları paralel dünyalara açılan qapılardır. Amma biz hələlik onlardan istifadə etməyi öyrənməmişik”.

Professor Nikolay Kozırev isə belə hesab edir ki, kainatda paralel dünyaya açılan tunellər mövcuddur. Bu tunellər vaxtaşırı hansısa qüvvələrin təsiri altında açılır və həmin vaxt onlar yolları üzərindəki insanları, gəmiləri udurlar. Kozırevin bu iddiasını dəstəkləyən avstraliyalı parapsixoloq Jan Qrimbiar isə belə hesab edir ki, dünyada başqa paralel dünyalara açılan 40 tunel mövcuddur. Onlardan 4-ü Avstaliyada, 7-si isə Amerikadadır. 1999-cu ilin yazında İnsbruk universitetinin alimləri kvant teleportasiyasını həyata keçirdilər. Bu məqsədlə fotonlardan istifadə etdilər. Nəticədə saniyələr ərzində fotonlar bir nöqtədən minlərlə kilometr məsafədəki digər nöqtəyə nəql edildilər. Bu da kainatda paralel dünyaların mövcud olması ehtimalının bir daha təsdiqi kimi dəyərləndirilir. Hazırda fotonların teleportasiyası əsasnında canlıların bir nöqtədən digərinə teleportasiyası üçün ekpserimentlər üzərində iş gedir. Yeri gəlmişkən onu da xatırladaq ki, hələ ötən əsrin 40-cı illərinin sonlarında ABŞ hqərbi tədqiqatçıları hərbi gəmilərdin biri üzərində analoji təcrübələr parmışdılar. Həmin gəmi bir anın içində yüzlərlə kilometr aralıdakı limanda peyda olmuşdu. Lakin gəmidəki insanlar təcrübə nəticəndə yoxa çıxmışdılar. Sanki onlar buxarlanmışdılar. Bundan sonra ABŞ-da belə tədqiqatların aparılıb-aparılmaması barədə məlumatlar eşidilmədi. Beləiklə insanların sirli şəkildə yoxa çıxması hansısa bizə məlım olmayan fiizki proseslər nəticəsində baş verir. Eyni zamanda insanların bir hissəsinin də naməlum uçan obyektlər tərəfindən oğurlandığını nəzərə alsaq onda Yer kürəsinin sanki təcrübə obyektinə çevrildiyini ehtimal etmək olar….

Əziz Mustafa

Oxundu: 10

BIR CAVAB BURAXIN