«Rusiya ilə dialoq üçün Avropa kanalları açıq saxlamalıdır» – Martin Şults

0
723

 Avropa Parlamentinin sədri Martin Şults deyib ki, Rusiya ilə dialoq üçün Avropa kanalları açıq saxlamalıdır.Şults bu barədə, «Passau» nəşriyyat qrupunun təşkil etdiyi «Avropa insanları» seriyasından keçirilən növbəti konfransdakı çıxışı zamanı bəyan edib.
«Rusiyanı dünyadan silmək olmaz»-deyə, Şults qeyd edib. Onun sözlərinə görə, Avropa deməlidir ki, «Moskvanın siyasəti»nə qarşı çıxış edir, amma «dialoq kanallarını açıq saxlamalıdır».
Avropa İttifaqı (Aİ) hazırda «fövqəladə pis» situasiya içindədir.
«Biz, inkar edə bilmərik ki, Avropa ideyaları böhran vəziyyətindədir» – deyə, Şults əlavə edib. O, Böyük Britaniyanın keçirdiyi referendumu xatırladıb və əhalinin Avropa İttifaqından çıxmağın lehinə səs verdiyinə diqqət yönəldib. Onun fikrincə, İngiltərə hökuməti «səsvermənin nəticələrinə və insanlardan axıb gələn siyasi dinamikaya hazır olmayıb».

AzPolitika.info

BIR CAVAB BURAXIN