Etirazçılar Bakı-Sumqayıt yolunu bağladı

0
560

Oktyabrın 7-si səhər saatlarında bir qrup aksiya iştirakçısı Beynəlxalq Avtovağzal yaxınlığında Bakıya gedən yolu bağlayıblar.

Ancaq hadisə yerinə gələn polislər yolun açılmasına nail olublar. Aksiya iştirakçıları «Motodrom» massivində yaşayan insanlar olub. Onlar demələrinə görə, evlərinin sökülməsi təhlükəsi ilə üzləşiblər.

Aksiya iştirakçıları bildiriblər ki, ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 80-ə qədər evin sökülməsi gözlənilir. Sakinlər isə ödənilməsi nəzərdə tutulan kompensasiyaların azlığına etiraz edilər: «Bizə hər kv.metrə görə 500 manat təklif edirlər. Bu isə olduqca azdır və bu pulla biz yeni ev ala bilmərik».

Aksiyaya qatılan 50-dən çox sakinin Bakı- Sumqayıt magistral yolunu bağlaması nəticəsində güclü tıxac əmələ gəlib. Polis qüvvələri əraziyə yeridilərək yolu açıb. Hazırda sakinlərlə Binəqədi rayon İcra Hakimiyyəti təmsilçiləri arasında danışıqlar gedir. Polislə əhali arasında insident qeydə alınmayıb.

BIR CAVAB BURAXIN