Soros ruslara çağırış etdi: Putini dayandırın

0
575

Hələb bombardmanına müasir dövrün ən QƏDDAR hərbi cinayəti kimi baxılacaq.

 

Bunu rusiyalıları müraciətində amerikalı milyarder Corc Soros söyləyib. Onun sözlərinə görə, rusiyalılar ölkə başçısı Vladimir Putinə Hələbə aviazərbələri dayandırması üçün təsir etməyə çalışmalıdırlar:

 

“Dünya böyük miqyaslı humanitar fəlakətə şahidlik edir. Bu, Suriyada baş verir. Rusiya təyyarələri Suriyanın ikinci böyük şəhəri Hələbi hökumət qüvvələrinə kömək üçün bombardman edirlər. Bütün faktlar toplananda Hələbdəki hadisələrə müasir dövrün ən azğın hərbi cinayəti kimi baxılacaq. Mən Rusiya, Avropa və digər dünya xalqlarını baş verənlərə sakit qalmamağa səsləyirəm”.

Axar.az

 

BIR CAVAB BURAXIN