Azərbaycan ərazisində şimşək çaxacaq, yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcək

0
559

Bakı və Abşeron yarımadasında iyunun 1-də havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz  25-27 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 1-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-19, gündüz  25-30, dağlarda gecə 8-13,  gündüz 16-21 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BIR CAVAB BURAXIN