Rus arvadını başqa kişi ilə tutan azərbaycanlının FACİƏVİ SONU

0
585

25 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Tambov vilayətində qətl törədib.

 

Virtualaz.org Rusiya İstintaq Komitəsinin Tambov Vilayət İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2009-cu ildə adı çəkilməyən azərbaycanlı gənc Rusiyada evlənib və 2011-ci ildə rus qadından oğlu dünyaya gəlib.

 

2012-ci ilin sonlarında gənc Azərbaycana qayıtmaq məcburiyyətində qalıb və bir neçə il Rusiyaya geri dönməyib. 2016-cı ildə Tambov vilayətinin Miçurinsk şəhərinə qayıdan həmyerlimiz oğlunun anasının başqa bir kişi ilə yaşamasının şahidi olub.

 

Bu ilin may ayının 17-də o, qadının qeyri-rəsmi nikahda olduğu kişini şəhərin kənarında görüşə dəvət edib. Görüş vaxtı kişilər arasında dava düşüb və azərbaycanlı gənc 26 yaşlı rəqibinə bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

 

Miçurinskdən qaçmaq qərarı verən azərbaycanlı Mahaçqalaya gedən qatara bilet alıb. Lakin vağzalda polis tərəfindən yaxalanıb.

 

Məhkəmənin qərarı ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

BIR CAVAB BURAXIN