Tarif Şurasından qaz və işıq pulu ilə bağlı – Açıqlama

0
773

Bir neçə gün ön cə su təchizatı və tullantı sularının axıdılması tariflərinin artırılması əhali arasında narahatlığa səbəb olub. Tarif Şurasının su ilə bağlı qərarından sonra əhali arasında digər kommunal xidmət haqlarının da artacağı ilə bağlı söz-söhbət yayaılmağa başlayıb.

“Yaxın vaxtlarda işıq və qaz pulunun artması gözlənilmir”. Bu haqda Ans press-ə Tarif Şurasından bildiriblər. “Elektrik enerjisi və qaz tarifləri ilə bağlı tarif Şurasına müraciət daxil olmayıb və hazırda bununla bağlı müzakirələr aparılmır”, – deyə qurumdan bildirdilər.

Azərbaycan Respublikası Tarif Şurasının mayın 13-də keçirdiyi növbəti iclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Azərbaycanda su pulu artırıldı
“Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl – 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl – 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib.

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub

BIR CAVAB BURAXIN