Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb-nazirlərin 80 faizi kürddür

0
996

Türkiyənin yeni, 65-ci hökumətinin tərkibi açıqlanıb.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, yeni baş nazir Binali Yıldırım bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən siyahını elan edib. Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:

 

Baş nazirin müavinləri – Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak.

 

Xarici işlər naziri – Mövlud Çavuşoğlu

 

Avropa Birliyi naziri – Ömər Çelik

 

Ədliyyə naziri – Bəkir Bozdağ

 

Nihat Zeybəkçi – iqtisadiyyat naziri

 

Fikri İşıq – müdafiə naziri

 

Berat Albayrak – enerji və təbii ehtiyatlar naziri

 

Əfqan Ala – daxili işlər naziri

 

İsmət Yılmaz – təhsil naziri

 

Fatma Betül Kaya – ailə və sosial siyasət naziri

 

Faruk Özlü – elm, sənaye və texnologiya naziri

 

Süleyman Soylu – əmək və sosial müdafiə naziri

 

Mehmet Özhaseki – ekologiya və şəhərsalma naziri

 

Akik Çağatay Kılıç – gənclik və idman naziri

 

Faruk Çelik – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri

 

Bülənt Tüfəkçi – gömrük və ticarət naziri

 

Lütfü Əlvan – inkişaf naziri

 

Nabi Avcı – mədəniyyət və turizm naziri

 

Naci Ağbal – maliyyə naziri

 

Veysəl Əroğlu – meşəçilik və su işləri naziri

 

Rəcəb Akdağ – səhiyyə naziri

 

Əhməd Aslan – kommunikasiya, dənizçilik və rabitə naziri.

 

AKP-nin keçmiş sədri və baş nazir Əhməd Davudoğlu, mayın 5-də partiya nizamnaməsinin 70-ci maddəsinə istinad edərək, fövqəladə qurultay keçirmək barədə qərar qəbul edib, mayın 22-də keçirilən və Davudoğlunun sədrliyə namizəd olmadığı qurultayda Binali Yıldırım AKP-nin 3-cü sədri seçilib. Türkiyənin parlamentar rejimində formalaşmış təmayülünə görə, prezident yeni hökuməti qurma vəzifəsinin liderinə verir. Yeni hökumətin məclisdən etimad alması üçün məclisdən 276 səs alması lazımdır. Hal-hazırda AKP-nin məclisdə 316 millət vəkili var (AKP-dən millət vəkili seçilmiş İsmayıl Qəhrəman, sədrliyinə görə bitərəf statusunda olduğu üçün səsvermədə iştirak edə bilmir).

 

Hökumətin tərkibinin prezident tərəfindən təsdiq edilməsindən 48 sonra hökumət proqramı məclisdə oxunacaq. Proqramın oxunmasından 48 saat sonra məclisdə hökumət etimad səsverməsi keçiriləcək. Binali Yıldırımın qurduğu 65-ci hökumətin məclisdən etimad almasının önündə heç bir problem görünmür.

BIR CAVAB BURAXIN