Vahid Mustafayev ANS-çiləri bir yerə yığdı – YENİ İŞ

0
663

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bir neçə gün öncə keçmiş işçiləri ilə görüşüb.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, Mustafayev əməkdaşlara telekanalın bir daha açılmayacağını deyib və “Bakıfilm” studiyası ilə işlərinə davam edə biləcəklərini söyləyib. Yəni, film sahəsindən anlayışı olan əməkdaşlar “Bakıfilm”ə dəvət olunub. Ancaq bir çox əməkdaş onun bu təklifindən imtina edib. Bəziləri isə Mustafayevin təklifini qəbul ediblər.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına bir neçə instansiyada baxılıb və telekanalın lisenziyası ləğv edilib.

BIR CAVAB BURAXIN