Türkiyədə növbəti PKK terroru

0
646

Türkiyənin iki vilayətində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumu nəticəsində 10 hərbçi şəhid olub, bir neçə nəfər yaralanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ilk hadisə Mardin vilayətinin Qızıltepe və Derik rayonları arasında törədilib. Yola döşənmiş partlayıcı qurğu təhlükəsizlik qüvvələrini daşıyan avtomobil keçərkən işə salınıb.

Nəticədə 4 hərbçi həlak olub, 6 nəfərsə yaralanıb.

Bundan bir neçə saat sonra Şırnaq vilayətində terrorçular hərbçilərə hücum ediblər. Hərbçilərin postuna edilən hücum zamanı 6 hərbçi şəhid olub, bir hərbçi isə yaralanıb.

BIR CAVAB BURAXIN