Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.
Bunu BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib.
Onun sözlərinə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var.
“Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır”, deyə S.de Mistura qeyd edib.