Detalı ayrı-ayrı maşınlara məxsus qeyri-adi texnika

0
687

Matoru “Honda”, sürət qutusu və arxa oxu “Jiquli”, təkərləri “Qaz 24”, oturacaqlar “Raf”, qabaq təkəri isə “Muravey”motosiklindir.

 

Samux rayonu Qarayeri qəsəbə sakini Elşən Hacıyev müxtəlif texnikalara aid detalları birləşdirərək qeyri-adi bir təssərrüfat maşını düzəldib. İstər təssərrüfat, istərsə də ev və  məişət işlərində ən yaxın köməkçisi olan bu maşına “Tır-tır” adı verib.

 

O, əvvəllər velosipedə mühərrik qoymaq istəyini böyüdükcə daha çox təsərrüfatda və ev işlərində ona yardım edəcək texnikanın hazırlanmasına istiqamətləndirib. Nəticədə isə bu maşını düzəldib. Görənlərin marağına səbəb olan traktor yanacaq sərfiyyatı baxımından da olduqca qəaətcildi. Belə ki, “Tır-tır” yüz kilometr  məsafə üçün 4,5 litr yanacaq sərf edir.

 

Üstəlik bu traktor avtomobilin gedə bilmədiyi çətin relyefdə də asanlıqla hərəkət edir, sumda isə batmır. Həmçinin elektrik kəsiləndə “Tır-tır”dan genereator kimi istifadə etmək olur.

BIR CAVAB BURAXIN