“İsraillə danışıqların son mərhələsindəyik”- Türkiyə rəsmisi

0
721

“İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik”.”Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbarhim Kalın aprelin 25-də keçirdiyi həftləik brifinqdə bildirib.
Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır: “Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik”.
Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarxidən iki ölkə arasındsa münasibətlər pozulub.

BIR CAVAB BURAXIN