Məşhur müğənni: “Gündə beş dəfə namaz qılmasam da…”

0
705

Tatarıstanın Bolqar şəhərində yerləşən Ağ məcidin qarşısında yarıçılpaq vəziyyətdə göbək rəqsi edərək klip çəkdirən müğənni Razeda Qaniulina ondan inciyənlərdən üzr istəyib.

 

Müğənni klipin internetdən silinməsi barədə tələbləri qəbul etməyib.

 

Klipi islam aləmində birmənalı qarşılanmayıb. Müğəninin bu hərəkətini tatar xalqının üz qarası adlandıran dindarlar ondan təcili olaraq Allah qarşısında günahlarının bağışlanması üçün dua etməsini və klipi internetdən silməsini tələb ediblər.

 

“VKontakte”dəki səhifəsində özünü “aparıcı və bayramların təşkilatçısı, müğənni, rəqqasə və sadəcə yaxşı insan” kimi xarakterizə edən müğənninin hərəkətini Tatarıstan İstintaq Komitəsi araşdırır. Komitə onun hərəkətində Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsi (vicdan və din azadlığı hüququnun pozulması) üzrə cinayət motivinin olub-olmadığını yoxlayacaq. “Araşdırmanın  nəticələri üzrə prosessual qərar qəbul ediləcək”, – İstintaq Komitəsinin saytında bildirilir.

 

Tatarıstan müftisi Kamil Samigullin bildirib ki, məscid rəqs etmək yeri deyil. “Bolqar torpağı tatar xalqının şüuru üçün ayrıca əhəmiyyətlidir. Tatarların islam ənənələri buradan öz başlanğıcını götürür. Bu, bizim mədəniyyətimiz və adətlərimizin əsasıdır, bizim adətlərimiz. Estrada müğənniləri məscidə gəlirlər. Məscidlərin qapıları hər kəs üçün açıqdır. Amma onlar dualarını Allaha çatdırmaq, öz ürəyini təmizləmək üçün gəlirlər”, – müfti bildirib.

 

Tatarıstan Respublikası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini Rüstəm Batrov da klipi tənqid etdi: “Məscid Allahın evidir. O özünə xüsusi ehtiram və hörməti tələb edir. Məscidin qarşısında qadının çılpaq bədəninin nümayişi  xalqımızın çoxəsrlik ənənələrinə uyğun deyil. Əfsuslar olsun ki, tatar estradasının bəzi nümayəndələri məscid və islamı bütovlükdə anlamırlar”.

 

Zakaban məscidinin imamı Seyidcəqfər Lutfullin Razeda Qaniulinanı striptizçi adlandırıb və onu hərəmxanadakı kənizlərlə müqayisə edib. İmam ondan “öz millətini və öz nəsilini biabır etməməyi” xahiş edib.

Müğənninin bildirib ki, öz hərəkətində kriminal heç nə görmür. O, İslam dinini “ən təmiz, səmimi və mehriban” din adlandırıb: “Baxmayaraq ki, mən gündə beş dəfə namaz qılmıram, heç bir mənim “Bismillal” sözü olmadan başlamır. Yaxın vaxtlarda biz quzunu qurban kəsdik, mən səqədə paylayıram, insanlara kömək etməyə həmişə hazıram”.

 

Razeda Qaniulina öz ünvanına olan bir çox kritik qeydləri “yaradıcılığa simpatiya” kimi qəbul edib. “Dini xadimlərə çox minnətdaram ki, onlar çətin vaxtımızda müxtəlif radikal axınların aramıza daxil olmasına imkan vermilər. Amma mükəmməl yerinə yetirilmiş Şərq rəqsi striptiz deyil, bu incəsənət əsəridir”, – o, bildirib.

 

Ömər Dağlı

BIR CAVAB BURAXIN