1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi

0
1613

1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT Minsk qrupunu təsis etdi.

30 ilə yaxın müddətində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə və eyni zamanda həmin qrupun sadəcə olaraq deklorativ bəyanatlarla yadda qalmışdır. Yəni bu gün artıq Azərbaycan özü Qarabağ münaqişəsini həll edib və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini hərbi yolla yerinə yetirib. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarix zəfərlə yeni reallıqlara uyğun olaraq regionun inkişafına, həmçinin, Ermənistanın 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatın tələblərinə əməl etməsinə nail olmaqdır. Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Prezident cənab İlham Əliyevin çıxışlarında bununla bağlı məqamlar öz əksini tapmışdı. Cənab Prezident üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyini daim vurğulandı. O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu olduğu, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin öz həllini tapmayacağı bir daha bəyan edilib.

Bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir platforma rolunu oynayır. Bakı Forumda iştirakçılığın ona beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verdiyini, başqa bir tərəfdən, Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması, sabiq dövlət və hökumət başçılarının, ekspertlər iştirakı tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir. Qlobal Bakı Forumu adından da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri