Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur

0
1712

Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur

Qlobal Bakı Forumun Azərbaycanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Paytaxt  Bakının belə forumlara ev sahibliyi etməsi təqdirəlayiq bir haldır və dünya tərəfindən də olduqca müsbət qarşılanır. Əsas məqsəd məhz ondan ibarətdir ki, bu forumda tək regional məsələlərin həlli istiqamətində deyil, qlobal problemlərin həlli istiqamətində də müzakirələr aparılır. Əsas məqam ondan ibarətdir ki, artıq Azərbaycan böyük bir haba, platformaya çevrilir. Bakı Forumunda 60-dan artıq ölkədən nümayəndələrin iştirak etməsi bunu bir daha sübut edir. Burada tək bir deyil, hər bir dövlət özünün problemləri ilə bağlı təhlillər, müzakirələr aparır. Bu problemlərin həlli istiqamətində digər iştirakçılardan da, nümayəndələrdən də məhz müvafiq töhfələr alır. Ciddi məqam ondan ibarətdir ki, iştirakçılar əsasən böyük siyasəti, iqtisadiyyatı, təhlükəsizlik məsələlərini bilən mütəxəssislərdən ibarətdir. Bu problemlərin də həllindən çıxış yollarının məhz Azərbaycanda müzakirə edilməsi çox ciddi məsələdir.

Qlobal Foruma Bakının ev sahibliyi etməsi həm də Azərbaycana olan böyük maraqdan irəli gəlir. Yəni postmüharibə dövründə Azərbaycan bir dövlət olaraq inkişaf prosesinin güclü şəkildə aparmaq, işğaldan azad olunmuş ərazilərin yenidən bərpası və qurulması beynəlxalq aləmdə böyük maraq kəsb edir. Başqa bir məsələ də odur ki, iştirakçıların təhlükəsizliyinə tam şəkildə zəmanət verilir. Dünyaca məşhur şəxslərin məhz bu Forumda iştirakı da mühüm əhəmiyyətə malikdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc