Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır və ölkədə əsrlər boyu ayrı-ayrı millətlər, xalqlar, etnik azlıqlar və dini konfessiyaların nümayəndələri qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayırlar. Buna görə də multikulturalizm həm də Azərbaycan dövlətinin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizdə tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanıtmaq məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəz yaradıldıqdan sonra multikulturalizmin Azərbaycan modelinin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər həyata keçirilib. Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqu təşkil edən Qafqaz ölkəsi Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası mədəni dünya ilə qarşılıqlı şəkildə zənginləşməsi, onun dünyada tanınması, davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı üçün dini tolerantlıq, multikulturalizm ideyası mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası əksər beynəlxalq və regional təşkilatlarda təmsil olunur. Azərbaycan Respublikası bu gün dünyada daha çox ehtiyac duyulduğunu nəzərə alaraq təmsil olunduğu məclislərdə daim mədəniyyətlərarası dialoqa, aparıcı dünya dinlərini həmrəyliyə, sülhə çağırır.Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.Bu gün mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova