Siyasi dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir

0
1569

Siyasi dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir

Artıq ölkədə siyasi iradə ortaya qoyulub. Bununla bağlı çox gözəl gəlişmələr var. Doğrudan da cəmiyyətdə şəffaflaşma gedir. Siyasi partiyaların cəmiyyətdə rolunun artırılması üçün Prezident tərəfindən verilmiş göstərişlər var və müvafiq Administrasiyanın müvafiq şöbəsi də bunu uğurla yerinə yetirməkdədir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin inkişafına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Əgər, doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün əsas spektr mövcud olmalıdır. Hakimiyyət tərəfindən atılan bu kimi addımlar, eyni zamanda, siyasi dialoqun müxalifət partiyaları tərəfindən dəstəklənməsi, ən əsası ümummilli məsələlərin həllində bir araya gəlib ümumi mövqenin ortaya qoyulmasına göstərilən səylər onu göstərir ki, artıq bu münasibətlərdə tamamilə yeni bir yanaşma mövcuddur”. Dövlət başçısının siyasi qüvvələrlə dialoq təşəbbüsü ilə çıxış etməsi ölkəmizdə siyasi münasibətlərin yeni zəmində qurulacağına, milli maraqlar naminə iqtidar-müxalifət əməkdaşlığına daha çox diqqət yetiriləcəyinə, siyasi münasibətlərdə ciddi yeniliklərin baş verəcəyinə əminlik yaradır”.

Bəzi radikal siyasi partiyalar iqtidarın bu təşəbbüsünü birmənalı qarşılamır. Əksinə, müxtəlif bəhanələrlə təklif olunan dialoqdan yayınırlar. Biz birmənalı olaraq həmin mövqeyi qınayırıq. Hesab edirəm ki, müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi qüvvələr arasında sivil münasibətlərin qurulmasını, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Cəmiyyətdə siyasi mədəniyyətin inkişaf etdirilməsi baxımından təkmilləşməyə ehtiyac var. Sosial reallıq, cəmiyyətdə şəxsiyyətlər arasında münasibətlər, müsbət mənəvi və əxlaqi dəyərlər sisteminin mövcudluğu, ictimai rəy və faydalı ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən əsas amillərdir. Təəssüf ki, bü gün öz fəaliyyətində sadaladığım bu dəyərlərdən uzaq olan bəzi siyasi qüvvələr də mövcuddur. İlk olaraq onların öz fəaliyyətini yenidən təftiş etməsinə ehtiyac var. Çünki məhz oturuşmuş siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də onların siyasi sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər və ənənələr vasitəsilə tənzimləyir”.

Müxalifətin başlıca məqsədi yalnız iqtidarın bu və ya digər sahədəki fəaliyyətini tənqid etməklə yekunlaşmamalı, eyni zamanda cəmiyyətdəki mövcud siyasi

qüvvələr arasında sivil münasibətlərin qurulmasını, milli məsələlərin həllində vahid mövqe nümayiş etdirilməsini də əhatə etməlidir. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə 50-yə yaxın siyasi partiyanın birlik nümayiş etdirməsi bunun bariz nümunəsi oldu.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc