“Azərbaycan İsrail-Fələstin münaqişəsinin “iki dövlət” həllinə tərəfdardır”

0
564

“Biz Fələstin dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnunuq. Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” həllinə tərəfdardır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin XİN rəhbərlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr aparır: “Məlumat üçün bildirim ki, 2016-cı ilin may ayında Azərbaycan XİN-i təmsil edən yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər edib və təcrübi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə ikitərəfli sazişlər imzalanıb”.

BIR CAVAB BURAXIN