Maliyyə yardımı

0
1531

Maliyyə yardımı.

COVID-19 pandemiyası dövründə Azərbaycan qısa müddətdə səhiyyə infrastrukturunu koronavirusla səmərəli mübarizə üçün səfərbər etməklə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində nümunəvi tədbirlər görən ölkələrdən biridir. Preventiv tədbirlərin zamanında həyata keçirilməsi və vaksinasiya prosesinə tez başlanılması koronavirusla bağlı vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Cənab Prezidentin xüsusi diqqəti nəticəsində ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı və vaksinasiya artıq 2021-ci il yanvarın 18-də başladı”.

Azərbaycanın koronavirusla mübarizə metodları və təcrübəsi bir çox dünya ölkəsi üçün nümunədir. Ölkəmizdə səhiyyə sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. Modul tipli xəstəxanaların qısa müddətdə fəaliyyətə başlaması, yeni laboratoriyaların qurulması, karantin rejiminin tətbiqi, tibbi qoruyucu vasitələrin və dezinfeksiya məhsullarının istehsalı sahəsində atılan addımlar xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almağa xidmət etmiş oldu. Azərbaycanın COVID-19-la mübarizəsi ancaq ölkə daxilində yekunlaşmır. Virusun ortaya çıxdığı və vaksinlərin istehsalına başlanıldığı dövrdən etibarən cənab Prezident İlham Əliyev vaksin ədalətsizliyini pisləyərək, ölkələrə humanitar yardımların göstərilməsinin vacib olduğunu vurğulamışdır.

Cənab Prezident İlham Əliyev cari ilin 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki,  “Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib”.

Aynurə Azayeva – Zərdab rayonu Yarməmmədbağı kənd tam orta məktəbinin müəllimi