Sahibkarlar təbii qazla bağlı qarşılaşdıqları problemləri bildirdilər-FOTO

0
1418

Sahibkarlar təbii qazla bağlı qarşılaşdıqları problemləri bildirdilər.

“Biz SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Açıq mikrofon” aksiyası çərçivəsində sizləri dinləmək, qaz təminatı ilə bağlı yaranan problemlərinizin həllinə yerindəcə köməklik göstərmək və sizin müraciətlərinizi Birliyin rəhbər şəxslərinə çatdırmaq üçün buradayıq”.

Qanunla.Az xəbər verir ki, bu sözləri Salyan rayonu, Təzəkənd kəndində sahibkarlarla keçirilən görüş zamanı Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib.
KOBİA nümayəndəsi Ayaz Əbdülov aksiyada iştirak etmələrinin əsas məqsədinin sahibkarların problemlərini dinləmək və onların yerli kommunal xidmətlərə qoşulmalarına köməklik göstərmək olduğunu vurğulayıb.
Aksiyada iştirak edən sahibkarlardan Əhmədov İlqar, Əliyev Qəzənfər, Ağamalıyev Teymur və digərləri istifadələrində olan istixanalar üzrə yaranmış debitor borcun ödənilməsində onlara güzəşt edilməsini xahiş ediblər.
Sahibkarlarla yanaşı, vətəndaşlar da aksiyaya maraq göstəriblər. Belə ki, Quyçu kənd sakini Nəsibə Qəfərova mənzilinin qazlaşdırılmasına köməklik göstərilməsini istəyib.
Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin iştirak etdiyi aksiyada bütün müraciətlər qeydiyyata alınıb.

image-img-20221201-wa0043 image-img-20221201-wa0045 image-img-20221201-wa0044 image-img-20221201-wa0047 image-img-20221201-wa0046